Bu il büdcə öhdəliyinə 115% əməl edilib - DGK sədri

   Bu il büdcə öhdəliyinə 115% əməl edilib -    DGK sədri
  03 Mart 2021    Oxunub:2328
Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 % əməl edib.
Azvision.az xəbər verir ki, bu barədə DGK-nin sədri Səfər Mehdiyev "Twitter" hesabında bildirib.

Komitə sədri qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 77,74 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.

Azvision.az


Teqlər: Gömrük   Komitə   Büdcə  





Xəbər lenti