“Skopinski manyakı” azadlığa çıxdı

  03 Mart 2021    Oxunub : 2160
 “Skopinski manyakı” azadlığa çıxdı
Kriminal tarixinə "Skopinski manyakı" kimi düşmüş məşhur cinayətkar Viktor Moxov azadlığa çıxıb.
Azvision.az xəbər verir ki, o, 17 il sərt rejimli həbsxanada cəza çəkib.

Xatırladaq ki, Viktor Moxov 2000-ci ildə 14 və 17 yaşlarında iki qızı qaçıraraq, onları dörd ilə yaxın evinin zirzəmisində gizlədib. Moxov qızlara təcavüz etməklə yanaşı, onları ac saxlayıb, hər gün işgəncə verib.

Moxov sərbəst buraxılsa da, 6 il xüsusi nəzarət altında olacaq. Ayda iki dəfə yaşadığı ərazi üzrə polis bölməsinə hesabat verəcək.

Tural Tağıyev
Azvision.az

Teqlər: Manyak