Qasparyan daha 8 gün vəzifədə qalacaq

 Qasparyan daha 8 gün vəzifədə qalacaq
  03 Mart 2021    Oxunub:1605
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan vəzifəsini yerinə yetirməyə davam edir.
Azvision.az xəbər verir ki, bu barədə qurumun yaydığı açıqlamada deyilir.

"Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan 8 günlük müddət bitənə qədər (Ermənistan prezidentinin Konstitusiya Məhkəməsinə müraciətindən sonra) vətənə və xalqa xidmət göstərməyə davam edəcək".

Məlumatda bildirilir ki, Konstitusiyanın 168-ci maddəsinə görə, məhkəmə Baş Qərargah rəhbərinin vəzifəsindən kənarlaşdırılması məsələsini həll etmək və ya prezident fərmanı layihəsinin konstitusiyaya uyğunluğunu müəyyən etmək səlahiyyətinə malik deyil.

Prezident fərman layihəsini Konstitusiya Məhkəməsinə göndərə bilmədi, bu səbəbdən "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanunun müddəalarını mübahisələndirmək qərarına gəldi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: OnikQasparyan  





Xəbər lenti