24 mindən çox vətəndaş Ermənistanı tərk etdi

24 mindən çox vətəndaş Ermənistanı tərk etdi
  03 Mart 2021    Oxunub:2134
İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda yaranmış gərgin vəziyyət iqtisadiyyatı tamamilə çökdürüb. İnsanlar aclıq və səfalət içində yaşayırlar.
Azvision.az xəbər verir ki, erməni iqtisadçıları artıq sosial partlayışın qaçılmaz olduğunu bildirirlər. Bu yöndə ən arzuolunmaz ssenari sadə vətəndaşların ölkədən qaçmalarıdır.

Tanınmış erməni ictimai xadim, biznes üzrə ekspert Aren Apikyanın sözlərinə görə, təkcə fevral ayında 24 min erməni ölkəni tərk edib.

"Müqayisə üçün bildirim ki, 2020-ci ilin fevralında xaricə axınla bağlı statistika 3000 nəfəri göstərirdi. Rusiyaya aprelə qədər ekonom sinif biletlər isə yoxdur", - deyə ekspert ermənilərin kütləvi şəkildə ölkədən getdiklərini söyləyib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Vətəndaş  





Xəbər lenti