“Ermənistan qlobal problemlə üzləşib” - Keçmiş MTX rəhbəri

  03 Mart 2021    Oxunub : 1487
 “Ermənistan qlobal problemlə üzləşib” -   Keçmiş MTX rəhbəri
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Mikael Ambarçumyan ölkəsində cərəyan edən gərgin siyasi proseslərə münasibət bildirib.
Azvision.az xəbər verir ki, o, yerli mediaya verdiyi müsahibədə baş qərargahın son günlər ortaya qoyduğu mövqeyi dəstəklədiyini gizlətməyib.

"Onik Qasparyanın mövqeyini tam dəstəkləyirəm və inanıram ki, ölkəmizdə baş verən bütün bu hadisələr çox sürətlə həll olunacaq. Əks halda ciddi problemlərlə qarşılaşacağıq".

Keçmiş MTX direktoru hesab edir ki, baş nazir Nikol Paşinyanın özünə dəstək mitinqi keçirməsi vəziyyəti dəyişməyəcək:

"Hətta o, daha böyük bir mitinq təşkil etsə belə, 100 min insan mitinqlərə getsə də, bu, ölkəmizdə heç nəyi dəyişməyəcək. Ermənistanda qlobal problem var və bu problemin həlli yalnız erkən seçkilərdə tapıla bilər. Bu da təbii ki, istefadan sonra baş tutmalıdır. Əks halda erkən seçkilər mənasını itirəcək".

Ambarçumyan müxalifətin - "Vətənin xilası" hərəkatının təşkil etdiyi mitinqlərdə iştirak etməyəcəyini bəyan edib. O, "Mən siyasi aktivist deyiləm. Amma mənim mövqeyimin nələrdən ibarət olduğunu da bilirsiniz" , - deyərək bunun səbəbini açıqlayıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   MTX