Gürcüstanın XİN rəhbəri Türkiyədə səfərdədir

  03 Mart 2021    Oxunub : 1219
Gürcüstanın XİN rəhbəri Türkiyədə səfərdədir
Gürcüstanın xarici işlər naziri David Zalkaliani Türkiyədə səfərdədir.
Azvision.az xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.

"Gürcüstanın strateji tərəfdaşı və sadiq dəstəkçisi olan Türkiyəni ziyarət etmək həmişə vacibdir. Əminəm ki, səfər zamanı keçiriləcək görüşlər ikitərəfli əlaqələrin dərinləşdirilməsinə və inkişafına böyük töhfə verəcək", - deyə nazir bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə