Anna Akopyan Paşinyanı ələ saldı - FOTO

 Anna Akopyan Paşinyanı ələ saldı -  FOTO
  03 Mart 2021    Oxunub:3554
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan yerli medianın tənqidinə tuş gəlib.
Azvision.az xəbər verir ki, müxalifyönlü jurnalistlər Akopyanın sosial şəbəkələrdə Rusiya saytının Paşinyanla bağlı məlumatını paylaşmasını anormal hal kimi qiymətləndiriblər.

Məsələ burasındadır ki, məqalədə erməni baş nazirin siyasi davranışları aktyorluq kimi qiymətləndirilib. Erməni jurnalistlər hesab edirlər ki, Akopyan öz həyat yoldaşını ifşa edən məlumatı paylaşmaqla onu ələ salır.

"Paşinyanın arvadı öz səhifəsində Rusiyanın "Kommersant" jurnalında dərc olunmuş və Nikolun açıq şəkildə lağa qoyulduğu məqaləni paylaşıb. Məqalədə baş nazirə dəstək aksiyası haqqında məlumatlar yer alıb və müəllif Nikolu "Oskar" mükafatına layiq aktyor adlandırır.

Bu isə Anna Akopyanın da paylaşdığı həmin məqalədən sitatdır: “O, səhnəyə çıxaraq bir saatdan artıq müddətdə kütləni idarə etdi. Kütləni gah qışqıraraq şüarlar səsləndirməyə, gah da susmağa məcbur edirdi. Bu hipnoz kimi bir şey idi, hər şeydən çox 2018-ci il "Məxməri inqilab" mitinqlərini xatırladırdı. Nikol Paşinyan filmdə oynasaydı, Oskar mükafatına namizəd olacaqdı.

Əgər səhnəyə çıxan şəxsin 3 ildir ölkəyə rəhbərlik edən adam olduğunu bilməsəydik, mitinqdə danışan Paşinyanın kütləni rejimə qarşı mübarizəyə aparan müxalifət lideri olduğunu düşünərdik. Paşinyan hökumət başçısı olduğunu yalnız bir dəfə açıqladı, çıxışının əvvəlində isə etdiyi səhvlərə görə xalqdan üzr istədi".



Tural Tağıyev
Azvision.az


Teqlər: Akopyan   Paşinyan   Məqalə  





Xəbər lenti