“Bir ildən sonra normal həyata qayıdacağıq” - Bayden

  03 Mart 2021    Oxunub : 1708
“Bir ildən sonra normal həyata qayıdacağıq” -  Bayden
ABŞ Prezidenti Co Bayden ümid edir ki, ölkədə həyat pandemiyanın sona çatması ilə təxminən bir il içində əvvəlki məcrasına qayıdacaq.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti" məlumat yayıb.

"Bu suala cavab verməməyim barədə xəbərdarlıq edildi, çünki dəqiq bilmirik. Amma ümid edirəm ki, gələn il bu vaxta qədər normal həyata qayıdacağıq, bəlkə də daha tez”, - deyə ABŞ lideri jurnalistlərin sualına cavabında bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: CoBayden