İlon Mask yeni şəhər yaradır

  03 Mart 2021    Oxunub : 1211
 İlon Mask yeni şəhər yaradır
Amerikalı sahibkar, dünyanın ən varlı adamlarının siyahısına başçılıq edən “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask ABŞ-ın Texas ştatında yeni şəhər yaratdığını bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.

"Starbase şəhərini yaradıram, Texas", - Mask əlavə edib.

İş adamı şəhərin ərazisinin “SpaceX” kosmodromunun yerləşdiyi Boka-Çika kəndindən daha böyük olacağını bildirib. Qeyd edib ki, bu şəhərdə itlərlə çox yaxşı rəftar olunacaq və onun rəhbəri “doja” (İtalyanca “doge”, ingilis dilində “dog” - it) titulunu daşıyacaq.

Xatırladaq ki, Mask ötən ilin sonunda Kaliforniyadan Texasa köçüb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İlonMask