Koronavirusa yoluxanların sayı 115 milyonu keçdi - STATİSTİKA

 Koronavirusa yoluxanların sayı 115 milyonu keçdi -  STATİSTİKA
  03 Mart 2021    Oxunub:1594
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 115 milyon 302 min 022 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 560 min 638 nəfərdir. İndiyədək 91 milyon 127 min 337 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 384 956 nəfər koronavirusa yoluxub, 8230 nəfər isə dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 370 705 nəfər virusa yoluxub, 529 214 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 139 516 yoluxma qeydə alınıb. Onlardan 157 385 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 10 647 845 nəfərdə virus aşkar edilib. Xəstələrdən 257 562 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 268 215 yoluxma, 86 896 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 188 400 nəfər virusa yoluxub ki, onlardan 123 296-sı ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti