2 güllə yarası alan azərbaycanlının vəziyyəti yaxşıdır
Qeyd edək ki, Kiyevdə yaralanan azərbaycanlı Teymur Mustafayevin ölüm xəbəri yayılmışdı. Lakin AzVision.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov ANS PRESS-ə açıqlamasında bu barədə məlumatların əsassız olduğunu demişdi: "Bizim Lutsk şəhərindəki nümayəndəmiz onun vəziyyəti ilə maraqlanıb. Mən özümdə onu əməliyyat edən həkimlə telefon vasitəsilə danışmışam. T.Mustafayevin həyati təhlükəsi yoxdur. Onun döş qəfəsində iki güllə yarası izi olub. Lakin artıq vəziyyəti yaxşılaşıb və otura bilir"
Qeyd edək ki, əslən Bakıdan olan 1987-ci il təvəllüdlü Mustafayev Teymur Əli oğlu Ukrayna vətəndaşıdır.
Teqlər: