ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi

  02 Mart 2021    Oxunub : 1990
 ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi
ABŞ-ın Ticarət Nazirliyi həbsdə olan müxalifətçi Aleksey Navalnının işi ilə əlaqədar Rusiyaya sanksiya tətbiq edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sanksiya 14 təşkilata şamil olunur.

Məlumata əsasən, bunlardan 13-ü ticarət şirkətidir. Şirkətlərdən 9-u Rusiyada, 3-ü Almaniyada, biri isə İsveçrədə yerləşir.

“Bu şirkətlərin hamısı bioloji silahların və kimyəvi silah elementlərin istehsalının fərqli aspektlərində iştirak edir”, - deyə ABŞ tərəfinin yaydığı məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: ABŞ   Rusiya   Navalnı