Ermənistanda vəzifəli şəxs işdən çıxarıldı

Ermənistanda vəzifəli şəxs işdən çıxarıldı
  02 Mart 2021    Oxunub:1776
Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin rəisi Vrej Qabrielyan vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan bununla bağlı fərman imzalayıb.

Digər fərmanla Armen Qasparyan bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, Qabrielyan 5 noyabr 2019-ci ildən xilasetmə xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti