Zelenski əsgərlərlə birlikdə peyvənd olundu

Zelenski əsgərlərlə birlikdə peyvənd olundu
  02 Mart 2021    Oxunub:1839
Ukrayna Prezidenti Vladimir Zelenski Donbassda koronavirusa qarşı peyvənd olunub.
Azvision.az xəbər verir ki, bu barədə o, “Tvitter” hesabında yazıb.

"Peyvəndi cəbhədə əsgərlərimizlə birgə Ali Baş Komandan kimi etdim", - Zelenski bildirib.

O, dünyada milyonlarla insanın qəbul etdiyi Hindistanın iOxford/AstraZeneca (Covishield) peyvəndlərinin birinci olaraq Ukraynaya çatdırıldığını vurğulayıb.

"Peyvənd bir daha məhdudlaşdırılmalar olmadan yaşamağımızı təmin edəcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirZelenski  





Xəbər lenti