Paşinyan özünə yeni zirehli avtomobil aldı

Paşinyan özünə yeni zirehli avtomobil aldı
  02 Mart 2021    Oxunub:2760
Ermənistanın baş nazir Nikol Paşinyan üçün yeni zirehli avtomobil alınıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Paşinyanın yeni avtomobilinin 320 min dollar dəyərində olduğu bildirilir.

"Nikol Paşinyan ailəsinin rahatlığını dövlət büdcəsi hesabına təmin edir. O, bir neçə dəfə israfçılığa yol verməkdə maraqlı olduğunu göstərib. Hazırda da dövlət büdcəsini ailə büdcəsi kimi qiymətləndirirlər. Sadə ermənilərin alın təri ilə qazandıqları pullardan formalaşan büdcəmizdən milyonlar ayıraraq sağa-sola xərcləyəcəklərini göstərirlər. Məsələn, 2019-cu ildə Nikol Paşinyanın hər birinin dəyəri 540 min dollardan çox olan iki zirehli maşın aldığını aşkar etmişdik. İndi isə, yəni müharibədən sonra bu ağır iqtisadi durumda baş nazir özünə yeni bir zirehli avtomobil alıb. Yeni avtomobilin qiyməti 320 min dollardır", - deyə məlumatda qeyd olunub.

Ermənilər bunu Paşinyanın təhlükəsizliyinin təminatında yaranan boşluqlardan qorxması ilə əlaqələndirsələr də, əvvəlki zirehli avtomobillərin hara yoxa çıxmasını sual edirlər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Avtomobil  





Xəbər lenti