Merkel Qorbaçova təşəkkür etdi

 Merkel Qorbaçova təşəkkür etdi
  02 Mart 2021    Oxunub:2236
Almaniya kansleri Angela Merkel Sovet İttifaqının keçmiş prezidenti Mixail Qorbaçovu 90 illik yubileyi münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Merkel, onun soyuq müharibənin sona çatmasına və Almaniyanın yenidən birləşməsinə verdiyi töhfəni qeyd edib.

"Hörmətli cənab prezident, sizi 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Bu təntənəli gününüzdən soyuq müharibənin sülh yolu ilə aradan qaldırılmasında və Alman birliyinin əldə edilməsində şəxsi iştirakınıza görə bir daha təşəkkür etmək üçün istifadə edirəm", - Kansler bildirib.

O əlavə edib ki, Qorbaçovun Almaniyanın sülh yolu ilə birləşməsinə verdiyi töhfə Rusiya ilə Almaniya arasında dostluq münasibətlərinin qurulmasında unudulmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MixailQorbaçov  





Xəbər lenti