AQTA: Fevralda 885 nöqsan aşkar edilib

   AQTA:    Fevralda 885 nöqsan aşkar edilib
  02 Mart 2021    Oxunub:1482
Fevral ayında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 18395 monitorinq həyata keçirilib, 885 nöqsan aşkar edilib.
Bu barədə Azvision.az -a AQTA-dan məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə ən çox nöqsan Səbail rayonunda (20 nöqsan), ən az nöqsan isə Qaradağ rayonunda (2 nöqsan) aşkar edilmiş edilib:

Ən çox aşkar olunmuş nöqsanlar:

- İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 734 (83 %);

- Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 107 (12%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 51173 monitorinq həyata keçirilib və 2992 nöqsan aşkar edilib.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti