Sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək

Sosial sahədə e-yeniliklərin tətbiqi daha da genişlənəcək
  27 Fevral 2021    Oxunub:2192
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 61 e-xidməti fəaliyyət göstərir. Onlardan 34-ü proaktiv xidmətlərdir. Eyni zamanda son iki ildə 30-dək e-arayış xidməti də istifadəyə verilib.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlikdə sosial sahədə İT texnologiyalarının tətbiqi proqramının icrasına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirilib.

Əlilliyin qiymətləndirilməsi ilə bağlı dəyişiklik - YENİLƏNİB
Vurğulanıb ki, dövlət xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqları sosial sahədə də uğurla icra olunur. Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron infrastrukturunun qurulması, bu sahələrdə proaktiv xidmətlərin yaradılması sahəsində mühüm işlər aparılır.

Son iki ildə pensiya, sosial müavinət və təqaüdlərin təyinatı, həmçinin sosial sığıorta sahəsində xidmətlər elektronlaşdırılıb. Ötən il sosial təminat növləri üzrə 95 min təyinat və 190 minə yaxın fərdi hesabın açılması proaktiv qaydada həyata keçirilib. Nazirliyin e-xidmətlərinə isə ötən il 13 milyon 62 min 408 müraciət qeydə alınıb. Həmçinin 2020-ci ildə nazirliyin fəaliyyət sahələri üzrə elektron arayış xidmətləri vasitəsilə 535 min 159 arayış verilib. “E-sosial” portalına müraciətlərin sayı isə ötən il 41,8 milyondan çox olub.

Bu il də elektron xidmətlərin yaradılması işləri geniş vüsət alacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinin sayının 100-ə çatdırılması hədəflənir ki, nəticədə qurumun 132 xidmətindən artıq 76%-ə qədərinin elektronlaşması təmin olunacaq.

İclasda elektronlaşdırma proqramı üzrə qarşıda duran vəzifələr müzakirə olunub.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti