“Qarabağ” liderliyə doğru, “Neftçi” uduzdu

  25 Fevral 2021    Oxunub : 2509
“Qarabağ” liderliyə doğru, “Neftçi” uduzdu
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
Azvision.az xəbər verir ki, görüşlərin hamıısı bir gündə keçirilib.

Turun mərkəzi matçında "Zirə" "Neftçi" üzərində qələbə qazanıb. "Qəbələ" isə doğma meydanda "Sumqayıt"dan üstün olub.

"Keşlə" səfərdə "Sabah"la heç-heçə edib. Turun son görüşündə "Qarabağ" klubu "Səbail"lə üz-üzə gəlib. Ağdam təmsilçisi minimal hesablı qələbə qazanaraq liderə çatıb.

XVII turun nəticələri:

“Qarabağ” – “Səbail” - 1:0
“Sabah” – “Keşlə” - 1:1
“Neftçi” - 1:0
“Qəbələ” –“ Sumqayıt” - 1:0




Azvision.az

Teqlər: Neftçi   Qarabağ