İctimai iaşə obyektlərində nöqsanlar aşkarlandı

İctimai iaşə obyektlərində nöqsanlar aşkarlandı
  25 Fevral 2021    Oxunub:1930
Qida Təhlükəsizliyi Agentliyi qanunvericiliyin tələblərinə, həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində fevralın 24-də ölkə üzrə 240 ictimai iaşə obyektində 386 monitorinq keçirilib.

Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti