Azərbaycanlı futbolçu İsveç klubunun tarixinə düşdü - FOTO

Azərbaycanlı futbolçu İsveç klubunun tarixinə düşdü -  FOTO
  22 Fevral 2021    Oxunub:2487
İsveç Krallığında yaşayan Ayxan Cabbarlı bu ölkənin ”Savedalen" futbol klubu ilə iki illik müqavilə imzalayıb.
Azvision.az xəbər verir ki, Ayxan 15 yaşından Azərbaycan Millisinin (U-17) üzvü olub.

"Savedalen" klubu 1932-ci ildə yaranıb. Ayxan klub tarixində ilk dəfə ən gənc futbolçu kimi müqavilə imzalayan idmançıdır.

Qeyd edək ki, Ayxan Cabbarlı 2003-cü ildə Bakı şəhərində anadan olub. 6 yaşından peşəkar futbolla məşğuldur. Azərbaycanda “Bakı”, “Neftçi” klublarında məşqlər edib. Onun ailəsi 2012-ci ildə İsveçə köçüb. Burada bir neçə klubda oynayıb. 17-19 yaşlılar arasında “Göteborq" klubunda çıxış edib. O, həmçinin klubun akademiyasında təhsil alıb. Ayxan İngiltərənin “Totenhem” klubunda da baxışda olub.



Azvision.az


Teqlər: Futbol   Müqavilə   İsveç  





Xəbər lenti