Neftin qiyməti bahalaşıb

Neftin qiyməti bahalaşıb
  22 Fevral 2021    Oxunub:1714
Dünya bazarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin aprel müqaviləsinin dəyəri 1,29% artaraq 1 barelə görə 62,94 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,16% artaraq 59,95 dollar təşkil edib.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti