“İnter” Milan derbisini 3 qolla qazandı

“İnter” Milan derbisini 3 qolla qazandı
  22 Fevral 2021    Oxunub:3043
Bu gün futbol üzrə İtaliya A seriyasında Milan derbisi keçirilib.
Azvision.az xəbər verir ki, 22-ci turun mərkəzi qarşılaşmasında "Milan" və "İnter" komandaları üz-üzə gəliblər.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş "İnter"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaya səfərdə qələbə qazandıran qolları Lautaro Martines (5-ci və 57-ci dəqiqələr) və Romelu Lukaku (66-cı dəqiqə) vurublar.

Bu qələbədən sonra xallarının sayını 53-ə çatdıran "İnter" turnir cədvəlinə liderlik edir, "Milan" isə 49 xalla ikinci pillədə qərarlaşıb.

Azvision.az


Teqlər: Milan   İnter  





Xəbər lenti