Reperin həbsinə etiraz edən 34 nəfər saxlanıldı

 Reperin həbsinə etiraz edən 34 nəfər saxlanıldı
  21 Fevral 2021    Oxunub:2618
İspaniyanın Kataloniya icmasının şəhərlərində terroru tərifləməkdə və Kral ailəsini təhqir etməkdə günahlandırılan reper Pablo Aselin həbsinə etiraz edən 34 nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Kataloniya polisinin Tvitter hesabında məlumat paylaşılıb. Bildirilib ki, şənbə gecəsi ictimai asayişi pozan və soyğunçuluq edən 34 nəfər tutulub.

Hüquq mühafizə orqanları Leyda, Tarraqona və Barselona şəhərlərində həbslər həyata keçirib. Əvvəlki günlərdə ölkənin müxtəlif şəhərlərində baş tutan mitinqlər polislə etirazçılar arasında qarşıdurmaya çevrilib. Nəticədə onlarla nümayişçi nəzarətə alınıb, xeyli sayda insan yaralanıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya   etiraz  





Xəbər lenti