Havalar isindikcə koronavirusun aktivliyi azalacaq - Alimlərdən proqnoz

   Havalar isindikcə koronavirusun aktivliyi azalacaq -    Alimlərdən proqnoz
  21 Fevral 2021    Oxunub:2391
Temperatur artdıqca COVID-19 aktivliyini azaldır.
Azvision.az “MedicForum” saytına istinadən xəbər verir ki, amerikalı tədqiqatçılar yoluxma dərəcəsinin hava temperaturundan asılılığını araşdırıb və istilik artdıqca koronavirusun aktivliyinin azaldığını müəyyən ediblər.

“SARS-CoV-2” adi mövsümi xəstəliklərin alqoritm aktivliyinə tamamilə uyğun gəlir. Alimlər artıq nikbin proqnoz verirlər: "Yazda koronavirusun aktivliyi azalacaq, hətta, ola bilsin ki, tamamilə yox olsun".

Tədqiqatçılar Şimal yarımkürənin əlli ölkəsində xəstələnmə səviyyəsini müşahidə etdikdən sonra belə nəticəyə gəliblər: "Ətrafdakı temperaturun 1 dərəcə artdığı təqdirdə virusun aktivliyi eyni dərəcədə azalır. Amma temperaturun bir dərəcə aşağı düşməsi yoluxma sürətini təxminən 4 faiz artırır".

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti