Türkiyədə koronavirusla bağlı son vəziyyət

 Türkiyədə koronavirusla bağlı son vəziyyət
  21 Fevral 2021    Oxunub:2227
Türkiyədə son sutka ərzində 80 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 7857 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 27 983, virusa yoluxanlar isə 2 631 876 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 518 758 pasiyent (son sutkada 7210 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti