İran və Rusiya birgə peyvənd istehsal edəcək

İran və Rusiya birgə peyvənd istehsal edəcək
  20 Fevral 2021    Oxunub:1962
İranda Novruz bayramından sonra Rusiyanın “Sputnik V” peyvəndinin kütləvi istehsalına başlanılacaq.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin əczaçılıq və dərman preparatlarına nəzarət şöbəsinin müdiri Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, Rusiya peyvəndi çox effektlidir. Bu peyvənd özünü praktikada doğrultduğu üçün İran və Rusiya “Sputnik V” peyvəndini birgə istehsal etmək qərarına gəliblər.

K.Cahanpur, həmçinin deyib ki, İran Rusiyadan 2,5 milyon doza peyvənd sifariş verib. "Bu doza qurtarana kimi İranda “Sputnik”in istehsalına başlanılacaq və əhalinin peyvəndlə təminatında heç bir problem yaşanmayacaq", - deyə şöbə müdiri vurğulayıb.

Azvision.az


Teqlər: İran   Rusiya   Peyvənd  





Xəbər lenti