Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması aşkarlandı

  20 Fevral 2021    Oxunub : 3186
 Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması aşkarlandı
Rusiya quş qripinin yeni növünə ilk yoluxma faktı ilə bağlı məlumatı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) göndərib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətin (Rospotrebnadzor) rəhbəri Anna Popova bildirib.
"Dünyada ilk olaraq insanın A (H5N8) qripinə yoluxması barədə məlumatlar artıq ÜST-ə göndərilib", - Popova deyib.

Bundan əvvəl “Rospotrebnadzor”un rəhbəri Rusiyanın cənubundakı bir quşçuluq fabrikinin yeddi işçisinə quş qripi diaqnozu qoyulduğunu bildirib. Onun sözlərinə görə, yeni quş qripi A (H5N8) quşlardan insana keçə bilir.

Popova bu gün qrip virusunun bu variantının insandan insana keçmədiyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya