Ermənistanda müxalifətin mitinqi başa çatdı - YENİLƏNİB
“Daşnaktsütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, gələn həftədən etibarən ölkə boyu müddətsiz itaətsizlik aksiyalarına başlanılacaq.
***
(15:07)
Ermənistanda müxalifətin ümumxalq mitinqi başlayıb.
Azvision.az xəbər verir ki, İrəvandakı Azadlıq meydanında keçirilən mitinqi “Vətənin qurtuluşu hərəkatı” təşkil edib.
Mitinqdə baş nazir Nikol Paşinyanın istefası tələb olunub.
“Ermənistan uçurumun astanasındadır, ölkə iqtisadiyyatı hər gün düşməyə davam edir. Bütün bunlara dözməyin, mübarizə aparın. Yalnız bir tələb var - xainin istefası. Birlikdə vətənimizi xilas edəcəyik ”, - deyə hərəkatın müraciətində vurğulanıb.
Qeyd edək ki, İrəvanın mərkəzi küçələrinə çox sayda polis cəlb olunub. Xüsusilə, parlamentin binasının yaxınlığında, Maştots prospektində, Respublika meydanında və digər yerlərdə içərisində polislər olan avtobuslar saxlanılıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Mitinq