12 obyektdə epidemiya əleyhinə rejim pozuldu

12 obyektdə epidemiya əleyhinə rejim pozuldu
  20 Fevral 2021    Oxunub:2325
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, keçirilmiş monitorinqlər zamanı Nizami rayonunda Orxan Qəmərliyə məxsus mağazada, Yasamal rayonunda Tofiq Məmmədova məxsus ticarət obyektində, Maqsud Ağazadəyə məxsus stomatoloji kabinetdə, Nəsimi rayonunda “Aptek-323”də, Pərviz Bayramlıya məxsus geyim mağazasında, Leyla Qurbanovaya məxsus “Lombard”da, Xətai rayonunda Vüsal Musayevə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda “Müstəqil-V” MMC-yə məxsus mağazada, "NI Group" MMC-nin baş ofisində, Nərimanov rayonunda “Keramika aləmi” mağazasında, Eyvaz Məmmədova məxsus ticarət obyektində, Suraxanı rayonunda Orxan Əliyevə məxsus “Avtomobil ehtiyat hissələri mağazası”nda, ümumilikdə, 12 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: Obyekt   Gigiyena  





Xəbər lenti