Ötən ay Naxçıvanda 114 nəfərə pensiya təyin edilib

Ötən ay Naxçıvanda 114 nəfərə pensiya təyin edilib
  20 Fevral 2021    Oxunub:2133
Ötən ay əmək pensiyaları və məcburi dövlət sosial sığorta ödəmələri vaxtında maliyyələşdirilib, pensiya və sosial sığorta ödəmələrinə 15 milyon 46 min manat vəsait xərclənib. 57-si yaşa görə, 8-i əlilliyə görə, 49-u ailə başçısını itirməyə görə, ümumilikdə 114 vətəndaşa əmək pensiyası təyin olunub.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Bundan başqa aidiyyəti qurum tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə 8 milyon 831 min 700 manat vəsait yığılaraq fondun xəzinə hesabına köçürülüb ki, bu da nəzərdə tutulan məbləğdən 12,2 faiz çoxdur. Ümumiyyətlə, pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 58,6 faizi məcburi dövlət sosial sığorta haqqı şəklində muxtar respublikada yığılıb.

Bu dövr ərzində Əmək fəaliyyətinə ilk dəfə başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması da diqqətdə saxlanılıb, sosial sığorta şəhadətnamələrin hazırlanması üçün 229 ərizə forması elektron imza vasitəsilə sifariş verilib.

Azvision.az


Teqlər: Pensiya   Naxçıvan  





Xəbər lenti