Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək

Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək
  21 Fevral 2014    Oxunub:1001
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə Madriddə yaşayan bir qrup azərbaycanlı Xocalı soyqırımı qurbanlarının xatirəsini anma günündə Ermənistan səfirliyi qarşısında icazəli aksiya keçirəcək.

Aksiya müddətində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin ispan, ingilis, Azərbaycan və rus dillərində oxunması və Xocalı soyqırımı barədə məlumat bröşurlarının ətrafdakı insanlara paylanılması nəzərdə tutulur.

Aksiya iştirakçıların müraciətinin Ermənistan səfirliyinə təqdim olunması ilə başa çatacaq.


Teqlər:





Xəbər lenti