Əhaliyə satılan benzin keyfiyyətsizdir? - Rəsmi açıqlama

 Əhaliyə satılan benzin keyfiyyətsizdir? -  Rəsmi açıqlama
  17 Fevral 2021    Oxunub:5345
Ötən ilin sonuna olan məlumata görə, 36 yanacaqdoldurma məntəqəsində yanacağın keyfiyyəti ilə bağlı monitorinqlər aparılıb. Monitorinqin nəticələrinə əsasən, yanacağın keyfiyyəti ilə əlaqədar istehlakçıların səsləndirdiyi fikirlərdə həqiqət var.
Azvision.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları”na həsr olunmuş onlayn konfransda deyib.

O bildirib ki, monitorinq aparılan məntəqələrin böyük əksəriyyətində kənarlaşmaların olduğu müşahidə edilib:

“Bununla bağlı materiallar hazırlanır və nəzarət mexanizmlərinin tətbiqi müzakirə olunur. Eyni zamanda tədbirlər planı hazırlanır, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yanacaq   Keyfiyyət  





Xəbər lenti