Dünya bazarlarında neftin qiyməti

Dünya bazarlarında neftin qiyməti
  17 Fevral 2021    Oxunub:1688
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin aprel müqaviləsinin dəyəri 0,14% artaraq 1 barelə görə 63,44 dollar təşkil edib.
Azvision.az -ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,03% azalaraq 60,03 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,66 dollar ucuzlaşaraq bir barelinin qiyməti 64,34 dollar təşkil edib.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti