AFFA "Neftçi"ni 4800 manat cərimələdi

AFFA "Neftçi"ni 4800 manat cərimələdi
  16 Fevral 2021    Oxunub:3012
AFFA İntizam Komitəsi Premyer Liqanın XV turunda "Qarabağ" və "Neftçi" komandaları arasında Azərbaycan derbisində baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Azvision.az xəbər verir ki, matçın 73-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Kluba isə 3200 manat cərimə tətbiq edilib.

Qarşılaşmanın 22-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Buludov Ömər “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb. Paytaxt klubu buna görə 1600 manat ödəyəcək.

Flaqmanın digər üzvü Mamadou Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun, kluba isə 200 manat cəza kəsilib. İkinci sarı vərəqəni alaraq meydandan qovulan Stankovic Vojislav də komanda yoldaşı kimi bir oyunluq cəza ilə üzləşib və klubunu 200 manat ziyana salıb.

"Neftçi"nin 3 futbolçusu qırmızı vərəqə aldığı üçün kluba 4800 manat cərimə də tətbiq edilib.

Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azvision.az



Teqlər: AFFA   Neftçi  





Xəbər lenti