Kamaru Usman UFC çempionu titulunu qorudu

Kamaru Usman UFC çempionu titulunu qorudu
  14 Fevral 2021    Oxunub:2058
Qarışıq döyüş növü üzrə amerikalı idmançı Kamaru Usman Braziliya təmsilçisi Qilbert Börnsu məğlub edərək UFC turnirində orta ağır çəki üzrə çempion titulunu qoruyub.
Azvision.az xəbər verir ki, görüş Las-Vegasda keçirilib.

Usman üçüncü turda texniki nokautla rəqibinə qalib gəlib. Beləliklə, 33 yaşlı amerikalı idmançı çempionluq kəmərini üçüncü dəfə qoruyub.

Qeyd edək ki, 34 yaşlı Q.Börns altı döyüşdən ibarət qalibiyyət seriyasına son qoyub. Onun hesabında 19 qələbə, dörd məğlubiyyət var.

Azvision.az


Teqlər: UFC   Çempion  





Xəbər lenti