“Neftçi” “Qarabağ”ı məğlub edərək lider oldu

 “Neftçi” “Qarabağ”ı məğlub edərək lider oldu
  14 Fevral 2021    Oxunub:2525
Futbol üzrə Azərbaycan Premyer Liqasında 15-ci turun daha bir oyunu keçirilib.
Azvision.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Qarabağ" klubu "Neftçi"ni qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Neftçi" turnir cədvəlində liderliyə yüksəlib. Ağdam təmsilçisi 29 xalla 2-ci sırada yer alıb.

Azvision.az


Teqlər: Neftçi   Qarabağ  





Xəbər lenti