Azərbaycanda geyim və ayaqqabı satışı azalıb

Azərbaycanda geyim və ayaqqabı satışı azalıb
  13 Fevral 2021    Oxunub:2872
Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 495,2 mln. manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 10,1% azalıb. Ötən ilin dekabr ayı ilə müqayisədə isə geyim əşyalarının istehlakı 27,9% azalıb.

Qeyd edək ki, yanvar ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 15,7%-i toxuculuq məhsullarının, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Azvision.az


Teqlər: Geyim   Satış  





Xəbər lenti