Teymur Rəcəbov yarımfinalda məğlub oldu

Teymur Rəcəbov yarımfinalda məğlub oldu
  13 Fevral 2021    Oxunub:1537
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında növbəti görüşünü keçirib.
Azvision.az xəbər verir ki, millimizin üzvü ABŞ təmsilçisi Uesli Sonla qarşılaşıb.

Dünən rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün bugünkü 4 qarşılaşmanın yekununda qalib olmalı, daha sonra tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi. Amma yekunda 2:1 hesabı ilə məğlub olan T.Rəcəbov finala çıxmaq şansını əldən verib.

O, sabah 3-cü yer uğrunda Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) cütünün məğlubu ilə qarşılaşacaq

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Azvision.az


Teqlər: TeymurRəcəbov  





Xəbər lenti