“COVID-19 testinə çəkilən xərclər gəlirdən çıxıla bilər”

 “COVID-19 testinə çəkilən xərclər gəlirdən çıxıla bilər”
  13 Fevral 2021    Oxunub:2282
Pandemiyanın həm iqtisadi, həm də sosial baxımdan mənfi təsirlərinin qarşısının alınması üçün vergi yolu ilə bir sıra dəstək mexanizmləri müəyyən olunub.
Azvision.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib. Onun sözlərinə görə, sahibkarların öz işçilərini COVID-19 testinə cəlb etmək üçün çəkdiyi xərclər gəlirdən çıxıla bilər:

“Dəstək mexanizmlərdən biri də odur ki, istənilən sahibkarlıq subyektində pandemiya ilə mübarizə məqsədilə həyata keçirilən zəruri profilaktik dezinfeksiya tədbirləri çərçivəsində çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilə bilər. COVID-19 testinin keçirilməsi də profilaktik tədbirdir. Sahibkar tərəfindən həmin testlə bağlı çəkilən xərclər qanunla müəyyənləşdirilən qaydada sənədləşdirilirsə, məhdudiyyət qoyulmadan gəlirdən çıxılan xərcə aid edilə bilər”.

Azvision.az


Teqlər: Vergi   Sahibkar   COVID-19  





Xəbər lenti