DSMF-də videomüşavirə keçirildi

DSMF-də videomüşavirə keçirildi
  12 Fevral 2021    Oxunub:2768
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunda geniş tərkibdə videomüşavirə keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, Fondun İdarə Heyətinin sədri Himalay Məmişov Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi qayğısı nəticəsində bu kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin daim gücləndirildiyini vurğulayıb.

O, Vətən müharibəsində şəhid olan hərbçilərin ailə üzvləri və yaralanan şəxslərin sosial təminat məsələlərinin operativ şəkildə həll edilməsinin fondun fəaliyyətinin əsas istiqaməti olduğunu bildirib, bu sahədə müvafiq işlərin davam etdirildiyini deyib.

Vətən müharibəsində şəhid olan şəxslərin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü, pensiya və müavinətlər proaktiv qaydada təyin olunur. Fondun bütün regional ərazi filiallarında şəhid ailələri və qazilərə növbədənkənar, pandemiya şəraitindən irəli gələn tələblərə uyğun xidmət göstərilməsi üçün bir sıra işlər görülüb.

Müşavirədə Vətən müharibəsində şəhid olan hərbçilərin ailə üzvləri və yaralanan şəxslərin sosial təminat məsələlərinin həlli, vətəndaşlara asan, şəffaf və əlçatan xidmətlərin göstərilməsi, fondun cari il üçün əsas prioritetlərinin reallaşdırılması, vətəndaş məmnunluğunun artırılması sahəsində qarşıda duran vəzifələr müzakirə olunub, tapşırıqlar verilib.

Azvision.az


Teqlər: DSMF  





Xəbər lenti