Əməkhaqqı fondunun 21 faiz artacağı gözlənilir

Əməkhaqqı fondunun 21 faiz artacağı gözlənilir
  12 Fevral 2021    Oxunub:2132
2020-ci ildə əmək müqavilələrinin sayı 2019-ci illə müqayisədə 10 faiz artaraq 1,7 milyonu ötüb.
Azvision.az xəbər verir ki, bunu Dövlət Vergi Xidməti rəisinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Orxan Nəzərli “Postpandemiya dövründə vergi sistemi” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu göstərici qeyri-dövlət sektorunda bağlanan əmək müqavilələrinin artımı hesabına qeydə alınıb: “Bu sektorda əmək müqavilələrinin sayı 2020-ci ilin sonuna 792 mini ötüb”.

O.Nəzərli, həmçinin qeyd edib ki, əməkhaqqı fondunun 21 faiz artaraq 14,5 milyard manata, qeyri-dövlət sektorunda isə 13 faiz artaraq 5,2 milyard manata çatması gözlənilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vergi  





Xəbər lenti