Buğda idxalı daha 3 il ƏDV-dən azad edilir

   Buğda idxalı daha 3 il ƏDV-dən azad edilir
  12 Fevral 2021    Oxunub:2088
Azərbaycana buğda idxalı daha 3 il ƏDV-dən azad edilir.
Azvision.az -ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilir. Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır.

Birinci oxunuşda Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azad olması, kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddətinin 1 il artırılması təklif edilmişdi.

Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olunub. Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad edilib. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Azvision.az



Teqlər: Buğda  





Xəbər lenti