Vergi daxilolmaları 102,7 faiz icra olunub

Vergi daxilolmaları 102,7 faiz icra olunub
  12 Fevral 2021    Oxunub:2065
2020-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə 7,4 milyard manat vergi daxilolmaları qeydə alınıb. Vergi daxilolmaları üzrə illik proqnoz göstəriciləri 102,7 faiz, qeyri-neft sektoru isə 103,9 faiz icra olunub.
Azvision.az xəbər verir ki, bunu Dövlət Vergi Xidməti rəisinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Orxan Nəzərli “Postpandemiya dövründə vergi sistemi” adlı onlayn konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ümumi Daxili Məhsulun (ÜDM) həcminin azalması şəraitində daxilolmaların ÜDM-də xüsusi çəkisi artıb və 10,2 faiz olub.

“2020-ci ildə enerji bazarlarında müşahidə edilən qiymət enişləri, habelə hasilat azalması fonunda neft-qaz sektoru üzrə daxil olmalarda 20,6 faiz azalma qeydə alınıb. Bu azalma qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına kompnesasiya edilib. Ötən ilin nəticələrinə görə, bu sektordan daxilolmalar 3,3 faiz artaraq 5,6 milyard manat təşkil edib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vergi  





Xəbər lenti