Nazirdən kredit açıqlaması: “İstədiyimiz irəliləyişi görə bilmədik”

    Nazirdən kredit açıqlaması:  “İstədiyimiz irəliləyişi görə bilmədik”
  12 Fevral 2021    Oxunub:2245
Keçən il banklar tərəfindən biznesə verilən kreditlərin həcmi azalıb.
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” adlı onlayn konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payının artırılması prioritet vəzifələrdəndir.

“Keçən il pandemiyaya, iqtisadi dinamikaya görə sahibkarların bank kreditlərinə əlçatanlığının təmin edilməsində istədiyimiz irəliləyişi görə bilmədik. Şaxələnmiş iqtisadiyyat dayanaqlı ola bilər. Bu prinsip əvvəlki illərdə olduğu kimi əsas hədəflərdəndir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Mikayıl-Cabbarov  





Xəbər lenti