“Biznes mühiti daha da yaxşılaşdırılacaq” - Mikayıl Cabbarov

  “Biznes mühiti daha da yaxşılaşdırılacaq” -    Mikayıl Cabbarov
  12 Fevral 2021    Oxunub:3349
Azərbaycanda uzunmüddətli dövrdə dayanıqlı iqtisadi artıma və rifaha nail olmaq üçün ilk növbədə iqtisadi fəaliyyətin bərpası hədəflənir.

Azvision.az verir ki, bunu “Postpandemiya dövründə vergi sistemi” mövzusuna həsr olunan konfransda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, əvvəlcə postpandemiya dövründə qısa zaman ərzində sahibkarlıq subyektlərinin iqtisadi aktivliyi, gəlirlərin ilkin səviyyəsi və bazarda istehlak bərpa edilməlidir.

“Bu addımlar yeni iş yerlərinin yaradılmasına təkan verməlidir. İkinci müham məqam biznesin və özəl invesitiyaların canlandırılmasına, qeyri-neft sektorunun sürətli artımına nail olmaqdır. Bu sahədə qeyri-neft sektoru məhsullarının daha da stimullaşdırılması, investisiya qoyuluşların təşviq edilməsi əsas prioritetlərdən olacaq. Üçüncü istiqamət - biznes mühiti daha da yaxşılaşdırılacaq, kiçik və orta sahibkarların maliyyə resurslarına əlçatanlığı təmin olunacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: MikayılCabbarov  





Xəbər lenti