“Pandemiya iqtisadi problemlərə səbəb oldu” - Nazir

 “Pandemiya iqtisadi problemlərə səbəb oldu” -    Nazir
  12 Fevral 2021    Oxunub:2403
2020-ci il həm dünya, həm Azərbaycan üçün mürəkkəb çağırışlarla dolu il oldu. Pandemiya iqtisadi problemlərə səbəb oldu. Bu proses Azərbaycana təsirsiz ötüşməyib. 2021-ci ilə olan məlumata görə, ÜDM 4,3 faiz azalıb.
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” adlı onlayn konfransda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan iqtisadi itkiləri nəzərə alıb və dövlət tərəfindən müxtəlif dəstək proqramları işə salınıb.

“Ötən il sahibkarlara 358 milyon manat birdəfəlik yardım, 115 milyon vergi güzəştləri, 170 milyona yaxın dövlət zəmanətli kreditlər verildi. Pandemiyanın təsirlərinin aradan qaldırılması, iqtisadiyyatın, kiçik və orta biznesin fəaliyyətinin bərpası qarşımızda duran məqsədlərdən biridir. Ölkəmizdə başlanılan vaksinasiya proqramının da vaxtında həyata keçirilməsi və geniş əhalini əhatə etməsi bizim üçün çox vacibdir. İqtisadi fəaliyyətin bərpa edilməsi üçün əsas şərtlərdəndir”.

M.Cabbaraov qeyd edib ki, postpandemiya dövründə iqtisadi artımın yeni modeli üzərində fokuslanıb: “Pandemiya Azərbaycan iqtisadiyyatının dayanıqlılığını göstərdi. Postpandemiya dövründə iqtisadi inkişaf proqramlarına yenidən baxmaq və Qarabağda iqtisadiyyatı inkişaf etdirmək, işğaldan azad edilən ərazilərin iqtisadiyyata reintiqrasiyası əsas məqsədlərdəndir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Mikayıl-Cabbarov  





Xəbər lenti