Teymur Rəcəbov ABŞ təmsilçisinə uduzdu

Teymur Rəcəbov ABŞ təmsilçisinə uduzdu
  12 Fevral 2021    Oxunub:2808
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin yarımfinalında ilk görüşünü keçirib.
Azvision.az xəbər verir ki, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli Soya birinci partiyada məğlub olub, ikinci oyunda inamla çıxış edərək hesabı bərabərləşdirib. Rəqib üçüncü partiyada yenidən üstünlüyü ələ alıb. Sonuncu partiya heç-heçə başa çatıb. Bu nəticə ilə şahmatçımız yarımfinalın birinci matçını 1,5:2,5 hesablı məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, yarımfinal mərhələsi iki gün ərzində keçirilən iki görüşdən ibarətdir. Hər matçda dörd partiya oynanılır. İki günün nəticəsi heç-heçə olarsa, qalib tay-breykdə müəyyənləşəcək.

Qeyd edək ki, T.Rəcəbov Niderland təmsilçisi Aniş Girini məğlub edərək yarımfinala yüksəlib.

Azvision.az


Teqlər: TeymurRəcəbov  





Xəbər lenti