Pirallahının baş planı hazırlanır
Rayon icra hakimiyyətindən bildiriblər ki, baş plana əsasən qəsəbədə inzibati mərkəzin yaradılması da nəzərdə tutulub.
Burada müxtəlif nazirlik və komitələrin aidiyyatı struktur vahidləri yerləşdiriləcəkdir. İnşa ediləcək Pirallahı Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyasının Pirallahı Rayon Təşkilatının inzibati binalarının tikintisi üçün layihə hazırlanib və təsdiq olunması üçün əlaqədar təşkilatların göndərilib.
Bundan əlavə, Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsinin inzibati binasının layihəsinin hazırlanması işləri artıq başa çatdırılıb.