AQTA 4 sahibkarlıq subyektini qeydiyyata almadı

AQTA 4 sahibkarlıq subyektini qeydiyyata almadı
  10 Fevral 2021    Oxunub:2051
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 9 fevral 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 59 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən Azvision.az -a verilən məlumata görə, həmin tarixdə 4 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:



Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti